Bakıda mənzildən oğurluq edən şəxs tutulub. Bakıda mənzildən oğurluq edən şəxs tutulub.

Mənzildən külli miqdarda pul oğurlayan şəxs tutuldu

Bakıda mənzildən oğurluq edən şəxs tutulub.



Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 30-dan oktyabrın 16-dək olan müddətdə Maştağa qəsəbəsi Xanlar yeni yaşayış sahəsində yaşayan Gülçöhrə Tapçiyevanın evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 6 min manat, 1215 ABŞ dolları və ev əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramin Məmmədov tutulub.