“Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi Partiyasının əvvəllər müşaviri olub. Sonra isə müşavirlikdən çıxarılıb”. “Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi Partiyasının əvvəllər müşaviri olub. Sonra isə müşavirlikdən çıxarılıb”.

AXCP-dən istefa verən müşavirlə bağlı - Açıqlama

“Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi Partiyasının əvvəllər müşaviri olub. Sonra isə müşavirlikdən çıxarılıb”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, Ş.Abbasov AXCP-nın sıravi üzvüdür və belə şəxslərin istefası böyük hadisə deyil: "Şakir Abbasov partiyanın sıravi üzvü olub. Bir nəfər partiyadan gedirsə, onun yerinə 10-u gəlir. Hər bir sıravi üzvün partiyadan getməsi böyük hadisə deyil".

Qeyd edək ki, AXCP sədrinin müşaviri, Qarabağ qazisi, Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasov partiyadan və vəzifəsindən istefa verdiyini açıqlayıb. O, istefaya səbəb kimi partiyanın tutduğu xətlə fikir ayrılığının yarandığını deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az