Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bakıda müğənni 25 yaşlı gənci bıçaqladı

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.


AzNews.az xəbər verir ki, Z.Bünyadov prospektində yerləşən kafedə mügənni Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə gecə saat 2 radələrində qeydə alınıb. Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".

Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".

APA TV-nin xəbərinə görə, yaralını dostları xəstəxanaya çatdırıblar.

Faktla bağlı CM-nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.