Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Albaniya nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



AzNews.az xəbər verir ki, Parlamentin sədri İlir Meta Azərbaycan ilə əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb.

İlir Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, Albaniyanın Azərbaycan ilə siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu bildirib. O, həmçinin səfəri çərçivəsində Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini məmnunluqla vurğulayıb. Albaniya parlamentinin sədri Azərbaycanı ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.

Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayan İlham Əliyev əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident Azərbaycanın Avropada, Asiyada, həmçinin Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu deyərək ölkəmizin Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu qeyd edib, ölkələrimiz və xalqlarımız arasında yaxın əlaqələri nəzərə alaraq əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu bildirib. TAP layihəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.