Əlverişsiz hava şəraiti ilə əlaqədar Londonun “Heathrow” hava limanında 130-a yaxın reys ləğv olunub. Əlverişsiz hava şəraiti ilə əlaqədar Londonun “Heathrow” hava limanında 130-a yaxın reys ləğv olunub.

Londonda 130 avia reys təxirə salındı

Əlverişsiz hava şəraiti ilə əlaqədar Londonun “Heathrow” hava limanında 130-a yaxın reys ləğv olunub.



AzNews.az xəbər verir ki, bu tədbirlər əsasən Frankfurt və Münhen şəhərləri, həmçinin bir sıra Karib hövzəsi ölkələri ilə hava əlaqəsinə təsir edib.

Aeroport təmsilçisi hava proqnozuna əsasən gün ərzində güclü qasırğanın gözlənildiyini və reyslərin ləğv olunmasının önləyici xarakter daşıdığını qeyd edib.

Sinoptiklərin məlumatına görə, siklonun yaxınlaşması ilə əlaqədar bu gün Böyük Britaniyada güclü qasırğa gözlənilir. Artıq Şimalı İrlandiyada küləyin sürətinin saniyədə 20 metrə çatdığı bildirilir. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.


AzNews.az