Səhiyyə sistemində ilk dəfə istefa qərarı! Bu ilk qərar Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərovdan gəlib. Səhiyyə sistemində ilk dəfə istefa qərarı! Bu ilk qərar Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərovdan gəlib.

İstefa verən direktordan şok açıqlama- VİDEO

Səhiyyə sistemində ilk dəfə istefa qərarı! Bu ilk qərar Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərovdan gəlib.



ANS TV-nin məlumatına görə, bu gün Azərbaycanın səhiyyə sistemində gözlənilməz, bəlkə də ilk olan bir hadisə baş verdi. 5 saylı Yanıq Mərkəzinin direktoru Vüqar Ələkbərov vəzifəsindən istefa verdi. Onun bu addımı atmağın isə öz səbəbləri var.

"Öz təhsilimi xarici ölkədə - Türkiyədə plastik, konsturktiv cərahiyyə və yanıq mərkəzində tamamlamışam. Mən Əfqanistanda belə bir şey görməmişəm. necə ola bilər ki, bir xəstəxanada heç bir labaratoriya olmasın, xəstələrin heç bir infeksiyasına baxılmadan əməliyyat keçirilsin. Mütəxəssis və tibbi biliklərin olmadığını gördüm. Bunlar normal ev şəraitində müalicə oluna bilər. O üzdəndən də istefa etdim", deyə Vüqar Ələkbərov bildirdi.

Məsələyə Səhiyyə Nazirliyindən də münasibət bildirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun söylədiklərini cəfəngiyat adlandırıb: "Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunur".

Anar Qədirli bildirib ki, Vüqar Ələkbərov fəaliyyətini plastik cərrahiyyə şöbəsində həkim kimi davam etdirəcək. Səhiyyə nazirliyindən onu da bildiriblər ki, Vüqar Ələkbərova müxtəlif vaxtlarda mərkəzin işi ilə bağlı iradlar bildirilib, lakin o, işində çatışmazlıqları aradan qaldıra bilməyib. Sonda isə Vüqar Ələkbərov işdən azad olunması xahişi ilə ərizə yazıb. Mərkəzə artıq yeni rəhbər də təyin edilib. Bu səhiyyə sistemində iş təcrübəsinə malik Şöhrət Məmmədovdur.