“Ukraynada şərqində Ukrayna ordusuna qarşı vuruşan separatçılar arasında qazaxlar da var”. “Ukraynada şərqində Ukrayna ordusuna qarşı vuruşan separatçılar arasında qazaxlar da var”.

Ukrayna ordusuna qarşı qazaxlar da döyüşür - İddia

“Ukraynada şərqində Ukrayna ordusuna qarşı vuruşan separatçılar arasında qazaxlar da var”.


AzNews.az xəbər verir ki, bu məlumatı "Diplomat" jurnalı yazıb.

Məlumatda deyilir ki, bu, Astanaya narahatlıq üçün əsas verir.

Keçən həftə çıxan videoda 26 yaşlı Nurlan İgemov adlı qazax deyib ki, "Qazaxlar başqa ölkələrə vuruşmağa pul üçün getmirlər. Onlar ideya uğrunda vuruşmağa gedirlər".
İlk dəfədir ki, Ukraynanın şərqində qazaxların da olması məlum olub.

"Diplomat" jurnalı qeyd edib ki, İdenov Qazaxıstanın Ekibastuz regionundandır.
Məlum olub ki, Suriyaya qazaxlar məhz Ekibastuz regionundan gəlib. Qazaxıstanda hətta 4 belə şəxs Suriyadan qayıdandan sonra terrorizmlə bağlı məhkum olunub
Əslində Ukraynanın şərqində qazaxlar başqa millətlərə baxanda azdırlar, ancaq bunların olması rəsmi Astananı düşünməyə vadar edir.

Astana bir tərəfdən Rusiyanın Qazaxıstanda da qarşıdurma yarada biləcəyindən ehtiyat edir. O biri tərəfdən, Rusiyanın Ukraynadakı mövqeyinə dəstək verməyə çətinlik çəkir.