Suriyanın informasiya naziri bəyanat verdi. Suriyanın informasiya naziri bəyanat verdi.

İŞİD-in əlində olan 3 qırıcıdan 2-si vuruldu

Suriyanın informasiya naziri bəyanat verdi.


Musavat.com "The Associated Press"in yaydığı xəbərə istinadən bildirir ki, Suriya hökumətinə bağlı qırıcı uçaqlar İŞİD-in əlində olan 3 qırıcıdan ikisini məhv edib. Bu xəbəri agentliyə Suriyanın informasiya naziri Omran əl-Zoubi verib. Onun sözlərinə görə, Aleppoda sınaq uçuşlarından sonra açıq havada olan qırıcılar partladılıb. Hazırda Suriya qırıcıları İŞİD-in əlində olan sonucu qırıcını aşkara çıxarmaq üçün axtarışıları genişləndiriblər.

Agentlik bildirir ki, İraqdan gələn islamçı pilotlar İŞİD-ın qırıcıların idarə edirmiş. Ancaq ABŞ kəşfiyyatı İŞİD-in əlində 3 qırıcının olması haqqındakı məlumatları təsdiq edə bilməyib. İŞİD-ın sosial şəbəkələrdə yaydığı video görüntülərdə qırıcılar nümayiş etdirilsə də, onların uçuşa hazır olub-olmaması bəlli deyildi.

Suriyalı nazir də bildirib ki, sözügedən qırıcıların istismar müddəti başa çatdığından, onlarla hərbi əməliyyatlar həyata keçirmək mümkün deyildi.

Ancaq müstəqil mənbələr Suriya rəsmilərinin bu iddiasını hələ təsdiq etməyib.