Oktyabrın 22-də gecə Ağ Evin hasarına dırmaşan 23 yaşlı şəxs tutulub. Oktyabrın 22-də gecə Ağ Evin hasarına dırmaşan 23 yaşlı şəxs tutulub.

Ağ Evin hasarına dırmaşdı və tutuldu

Oktyabrın 22-də gecə Ağ Evin hasarına dırmaşan 23 yaşlı şəxs tutulub.



AzNews.az xəbər verir ki, hasarı aşıb Ağ Evin binasına doğru qaçmaq istəyən şəxs dərhal Məxfi Xidmət agentləri və xüsusi itlər tərəfindən dayandırılıb.

Məxfi Xidmətin sözçüsü Brian Leary deyib ki, Dominik Adesanya Merilend ştatındandır. O, Ağ Evin şimal tərəfdən hasarına dırmaşıb. Adesanya saxlanan vaxt silahsız olub. Ona ittihamlar irəli sürüləcəyi gözlənir.

Bu insidentdən bir həftə öncə Ağ Evin hasarını aşan şəxs silahlı agentləri ötərək Ağ Evin binasına girə bilmişdi.

Bu hadisə prezident Barak Obamanın təhlükəsizliyi ilə bağlı digər pozuntuları aşkarlayıb və nəticədə agentliyin rəhbəri Julia Pierson istefa verib.