Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən İlkin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən İlkin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

100 manat oğurladı - 7 il həbs cəzası aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən İlkin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlkin Bayramov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Bayramov oğurluq əməllərində təqsirli bilinib. O, 2013-cü il dekabrın 8-də, Elmlər Akademiyası metrostansiyasında Nərgiz Zeynalovanın əl çantasından 54 manat, 50 ABŞ dolları və şəxsi sənədlərini oğurlayarkən Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən yaxalanıb