Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib. Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.

Yataqxanada yanğın- Gəncədə

Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib.


AzNews.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır.
Hələ ki, alovu ram etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb.
Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub.