“Volkswagen” markalı “Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında aldadıcı məlumatlar aşkar edilib. “Volkswagen” markalı “Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında aldadıcı məlumatlar aşkar edilib.

Azərbaycanda məşhur maşın markasına cinayət işi açıldı

“Volkswagen” markalı “Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında aldadıcı məlumatlar aşkar edilib.



İqtisadiyyat və Sənaye Nazirliyindən AzNews.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmaları nəticəsində reklam bazarında aparılan araşdırmalar zamanı "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri müəyyən edilib. Həmin reklamlarda "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli" və "Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən "Euro Style LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bir neçə gün öncə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Audi" Mərkəzi ilə bağlı araşdırma aparıb.

Gültəkin
AzNews.az