Bu müsahibə ötən il mayın sonlarında götürülüb. Bu müsahibə ötən il mayın sonlarında götürülüb.

“Hər il güclü və tanınmış alpinistlər həlak olur”- Murad Aşurlu+Fotolar

Bu müsahibə ötən il mayın sonlarında götürülüb.

Murad Himalay səfərindən yeni qayıtmışdı. Evereste uğurlu ekspedisiya olmuşdu. O, çox xoşbəxt idi və öz nailiyyətləri ilə fəxr edirdi.


"Qafqazinfo" Turan Agentliyinə istinadən xəbər verir ki, oktyabın 21-də Ama Dablam yamacında faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlu sözügedən müsahibəni Skype vasitəsilə verib. Keçən il hazırlanmış müsahibəni təqdim edirik:

Murad Aşurlu: "Azərbaycan bayrağını Everestin üzərində qaldırmaqdan qürur duyuram".

Mayın 19-da planetin ən yüksək nöqtəsində - Everest zirvəsində (8848 m.) üçüncü dəfə Azərbaycanın bayrağı qaldırılıb. Bu, "7 zirvə" beynəlxalq ekspedisiyanın tərkibində olan həmyerlimiz Murad Aşurluya nəsib olub.

Mayın 21-də M.Aşurlu ekspedisiyanın digər iştirakçıları ilə bilikdə 6300 metr yüksəklikdə baza düşərgəsinə enib.

"Zirvəyə qalxma şimal tərəfdən (Çin, Tibet) həyata keçirilirdi. Biz qalxmaya mayın 18-də 8300 metr hündürlükdə həmlə düşərgəsindən başladıq. Qalxma bir neçə saat davam etdi. Soyuq idi, mənfi 30 dərəcəyə yaxın, lakin dözmək olurdu. Əsas odur ki, marşrut bir neçə ekspedisiyadan ibarət deyildi və biz yubanmadan gedirdik. Özümüzü yaxşı hiss edirdik, lakin 8 min metrdən yüksəkdə olmaq təsirsiz ötüşmürdü, hətta oksigen balonu olsa belə. Odur ki, hazırlığa 20 saat vaxt getdi, zirvəyə qalxmaq və enmək çətinliklə başa gəldi. Lakin mən xoşbəxtəm ki, Azərbaycanın bayrağını Everestin üzərində qaldırdım", - M.Aşurlu bildirib.

"Mən Azərbaycan Alpinizm Federasiyasının üzvü kimi bunu mayın 28-də qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edirəm. Bu işin öhdəsindən gəlməyimdən qürur duyuram", - alpinist vurğulayıb.

O deyib ki, bu ilin özəlliyi o olub ki, qar örtüyünün hündürlüyü az olub. Daşların üzərində hərəkət etmək çətin olduğundan adam tez yorulur. Sonuncu yüz metrlər çox təhlükəlidir, çünki kilometrlik uçurumun üstü ilə nazik zolaqla getməli olursan və hər hansı yalnış addım sonuncu ola bilər.

"Əvvəlki ekspedisiyalardan qalan köhnə iplər də əlavə problemlər yaradırdı, bir neçə dəfə ilişirdik, yıxılırdıq, amma ciddi problem yaranmadı.

Təəssüf ki, biz qalxarkən cənub tərəfdə Rusiyanın ən yaxşı alpinistlərindən biri Aleksey Bolotov 5600 metrdən yıxılaraq həlak oldu. Təəssüf ki, hər il Everestdə alpinistlər həlak olur, çox zaman da güclü və tanınmış alpinistlər. Ən yüksək zirvənin xarakteri belədir", - qeyd edib.

"7 zirvə" ekspedisiyasının üzvləri itkisiz və xəsarətsiz qalxıblar. Amma komanda üzvlərinin hamısı yox, 12 nəfər qalxıb.

"Məlum oldu ki, zirvədə ən çətin iş mənə düşdü, güclü şaxtada şəkil çəkmək üçün fotoaparatı çıxarmalı oldum. Batareyalar dondu, bir neçə saniyədən sonra yenidən dəyişməli oldum, yeni batareyalar bir neçə saniyəyə belə davam gətirmirdi. Lakin bu müddətdə bayrağımızla birlikdə bir neçə şəkil çəkmək mümkün oldu və çox şadam ki, bu, alındı", - M.Aşurlu bildirib.

"Everest zirvəsindən Azərbaycan ictimaiyyətinə, alpinist həmkarlarına nə çatdırmaq istərdin" sualının cavabında o deyib: "Bilirsiniz, Marqaret Tetçerin gözəl ifadəsi var idi: hər kəs Everestə özü üçün qalxır, lakin hamı zirvənin üzərində öz ölkəsinin bayrağını qaldırır".

Hər kəsin həyatında çoxlu everestler var – həlli tələb olunan çətinliklər, problemlər, can atılan məqsədlər var. Həmvətənlərimə ümumi məqsədimiz, Vətənimiz naminə uğurlar arzulamaq istəyirəm. Bilirəm ki, bizim alpinistlərin idmanla əlaqəsi olmayan spesifik problemləri var. İlk növbədə onları ruhdan düşməməyə və təslim olmamağa çağırıram. Biz alpinistlər haqlıyıq, aydın, qəti şəkildə və ardıcıl olaraq öz hüquqlarımızı müdafiə etməliyik. Ədalətsizlik əbədi deyil və sonsuzadək sürməz", - M.Aşurlu vurğulayıb.

40 yaşlı Murad Aşurlu Moskvada təhsil alıb, son illər ABŞ-da aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceridir.

Everestdə Azərbaycanın bayrağı ilk dəfə 1999-cu ildə, ikinci dəfə 2007-ci ildə qaldırılıb.
image description image description image description image description image description image description image description image description image description