İraqda aşkar olunan kütləvi məzarlarda çoxlu sayda sünni müsəlmanının cəsədi tapılıb. İraqda aşkar olunan kütləvi məzarlarda çoxlu sayda sünni müsəlmanının cəsədi tapılıb.

Kütləvi məzarlar aşkar edildi

İraqda aşkar olunan kütləvi məzarlarda çoxlu sayda sünni müsəlmanının cəsədi tapılıb.



AzNews.az xəbər verir ki, onların "İslam Dövləti" (İD) döyüşçüləri tərəfindən öldürüldüyü deyilir.

Tapılan məzarlarda 80-220 arasında cəsədin olduğu bildirilir. Ölənlərin çoxu Al Bu Nimr tayfasına aiddir. Bu tayfa İD-ə qarşı döyüşlərdə İraq hökumətilə birləşib. Eyni zamanda İD-nin iyunda tutduğu Mosul həbsxanasındakı 600 məhbusu öldürdüyü güman edilir.

Məhbuslar dərənin qırağında diz çökməyə məcbur ediləndən sonra güllələnib.
ABŞ-ın müdafiə naziri Çak Hagel deyib ki, sünni tayfa üzvlərinin İslam Dövləti döyüşçüləri tərəfindən öldürülməsi münaqişədə üzləşən amansız reallığı əks etdirir.

Qeyd edək ki, İD döyüşçüləri İraqda və Suriya idarə etdikləri ərazilərdə yüzlərlə adamı öldürüblər.


AzNews.az