Bu gün Gürcüstanın Batum şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal baş verib. Bu gün Gürcüstanın Batum şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal baş verib.

Ermənilər Rauf Arifoğludan Avropa Birliyinə şikayət etdilər

Bu gün Gürcüstanın Batum şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal baş verib.


"Qafqazinfo" xəbər verir ki, foruma müşahidəçi qismində qatılan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu forumun işində iştirakdan və tədbiri işıqlandırmaqdan imtina edib.

O, bu barədə şəxsi facebook səhifəsində də məlumat verib:

"İlk gün skandalla başladı və mən də bütün bu skandal prosesini foto -video görüntülərlə qəzetimiz üçün hazırladım. Lakin reaksiyalar məni heyrətə gətirir. Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib. Çünki yazaraq, iddia etmişəm ki , skandala səbəbdən olan Azərbaycan əleyhinə anti -təbliğat stendini ermənilər sifariş edib və prosesə Boris drijorluq edir... Foto da əlavə olunub, iddia mətninə. Kadrda Borisi "iş başında" yaxalamışam. Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər... Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa , Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib , onlara çatdırır. Onlar da əlində planşet , tez qaçırlar Forum təşkilatçılarının üstünə...Söz azadlığının anasını ağladır, Avropa demokratları, ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də musavat.com -da gedən yazılardır... Oranı tərkib etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da İmtina edirəm".

Qeyd edək ki, Batumda keçirilən tədbir çərçivəsində Çexiyanın "People in Need" təşkilatı foyedə stend açıb və Azərbaycana dair tənqidi plakatlar asıb. Azərbaycandan gedən nümayəndə heyəti üzvlərinin bir hissəsi buna etiraz edərək, foruma qatılmaqdan imtina edib.