“Ermənilər insan haqlarının keşiyində dururlarsa, Kəlbəcərdə nahaq yerə həbs olunan, indi “məhkəmə”si gedən azərbaycanlıların adlarını çəksinlər”. “Ermənilər insan haqlarının keşiyində dururlarsa, Kəlbəcərdə nahaq yerə həbs olunan, indi “məhkəmə”si gedən azərbaycanlıların adlarını çəksinlər”.

“Ermənistan QHT-ləri provokasiya ilə məşğuldur” - Politoloq

“Ermənilər insan haqlarının keşiyində dururlarsa, Kəlbəcərdə nahaq yerə həbs olunan, indi “məhkəmə”si gedən azərbaycanlıların adlarını çəksinlər”.


AzNews.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən qalmaqalı şərh edərkən deyib.

O bildirib ki, ermənilər guya, Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının rəhbərlərinin təəssübünü çəkir, amma əslində, onlar Azərbaycanı nüfuzdan salmağa çalışırlar:
"Ermənistanda 5500-ə qədər girov götürülən insan var. Qoy həmin girovların təəssübünü çəksinlər. Ermənistandan olan Qeyri Hökumət Təşkilatları provokasiya ilə məşğuldurlar. Əslində Azərbaycanın dünyada nüfuzunu aşağı salmaq, Ermənistanı ucaltmaq istəyirlər. Təəssüf edirəm ki, Gürcüstan hökuməti belə bir provokasiyanın onların ərazisində baş verməsinə icazə verib".

Gültəkin