Yaponiya alimləri təsdiq edirlər ki, qaz halında olan hidrogen ürək dayanmasından sonra beynin zədələnməsini azaltmaqla sağalmaq şansını artıra bilər. Yaponiya alimləri təsdiq edirlər ki, qaz halında olan hidrogen ürək dayanmasından sonra beynin zədələnməsini azaltmaqla sağalmaq şansını artıra bilər.

Yapon alimləri görün nə icad etdilər

Yaponiya alimləri təsdiq edirlər ki, qaz halında olan hidrogen ürək dayanmasından sonra beynin zədələnməsini azaltmaqla sağalmaq şansını artıra bilər.



ATVxəbər.az xəbər verir ki, Tokiodakı Keyo Universitetinin tədqiqatçıları siçovulları reanimasiyada yerləşdirdikdən dərhal sonra onlara hidrogenlə nəfəs veriblər. Üzərində təcrübə aparılan siçovulların 71 faizi eksperimentdən bir həftə keçəndən sonra sağ qalıb, halbuki hidrogenlə nəfəs almayan siçovulların yalnız 38 faizi sağ qalıb.

Yaponiyalı alimlər hesab edirlər ki, hidrogenin sayəsində baş beynində əsəb hüceyrələrinə daha az zərər dəyir. Onlar təsdiq edirlər ki, qaz halında olan hidrogenin istifadəsi çox sadədir.