9 yaşlı rusiyalı model qız KİV ulduzuna çevrilib və “dünyada ən gözəl qız” seçilib. 9 yaşlı rusiyalı model qız KİV ulduzuna çevrilib və “dünyada ən gözəl qız” seçilib.

9 yaşlı dünya gözəli - onun 2 mln. izləyəni var - FOTOLAR

9 yaşlı rusiyalı model qız KİV ulduzuna çevrilib və “dünyada ən gözəl qız” seçilib.



Kristina Rimenova hələ ibtidai sinfi bitirməyib. Lakin, artıq onun "gələcək top-model" və "dünyanın ən gözəl qızı" kimi titulları var. Kristinanı dünya KİV-ləri, tanınmış dizaynerlər və sosial şəbəkələrdəki çoxsaylı heyranları belə adlandırırlar. Bir çox gənc qızların arzuladığı həyatı yaşayan 9 yaşlı məktəblinin şəkillərini hər kəs müzakirə edir. Diskusiyalarda tənqidlər də az olmur.



Qeyd edək ki, Kristina 2005-ci il, dekabrın 27-də Moskvada anadan olub. 3 yaşından səhnələri fəth edir. Məhz bu yaşında anası, keçmiş model Qlikeriya Şirokova onu gənc modellər üçün məktəbə yazdırıb. Atası,futbolçu Ruslan Rimenov da görünür, qızının erkən karyerasına qarşı deyil.

Qızın Facebook-da 2 milyondan artıq izləyəni var, İnstagramda isə bu say 300 mindir. Müqayisə üçün bildirək ki, ən tanınmış rusiyalı model Natalya Vodyanovanın Facebook-da təxminən 290 min izləyicisi var.

Uşaq karyerasından çox üstün

Bu qədər az yaşında Rimenova "Dolce&Gabbana"nın moda-nümayişində iştirak edib, "Vogue" moda jurnalının uşaq versiyasında üz qabığına çəkilib, "Roberto Cavalli" və "Benetton"un reklamına çəkilib və "Kinder" uşaq şirniyyatının siması olmağı bacarıb.
Hətta hər şeyə öyrəşən moda dünyası üçün də bu uğur həddindən artıq çoxdur.

Kristinanın görünüşünü bir çox jurnalist və bloggerlər öyrənməyə çalışıblar. Onun gözəlliyinə heyran qalırlar. Lakin, bəzi ingilis dilli müəlliflər onun obrazında eyiblər də tapıblar.

Koplimentlər və tənqidlər




"Dünyanın ən gözəl qızı", "heyranedici mavi gözlər", "gələcək ulduz"- Rimenovanın gözəlliyini "Women Daily Magazine" və "Daily Postal" məhz bu ifadələrlə vəsf edir.
"Bilmirsən, nə fikirləşəsən: bu yaşda qız uşağı sadəcə oyun oynamalıdır. Lakin, etiraf etmək lazımdı onda mələk görünüşü var",- deyə "We Heart Fashion" bloqunda materialın müəllifi qeyd edib.




Avstraliyanın bir mətbuat orqanı isə məsələyə başqa cür yanaşıb. Redaksiya Rimenova haqda "Gözəl və ya mənasız?" məqaləsi hazırlayıb. Jurnalistin bu məqalədə toxunduğu başlıca sual bu yaşda bu qədər məşhurluğun qızın psixologiyasına necə təsir edə biləcəyidi. Məqaləni yazarkən müəllifin narahatlığına əsas səbəb qızın İnstagram səhifəsində yayımladığı şəkillər olub. Psixoloq bu narahatlığın əsassız olmadığını bildirib.




Heyranların fikirləri

Sosial şəbəkələrdə Rimenovanın şəkilləri minlərlə,hətta on minlərlə bəyənmə toplayır. Lakin, şəkilə yazılan şərhləri oxuyanda aydın olur ki, həqiqətən onun gözəlliyi barədə fikirlər müxtəlifdir.

"O çox gözəl uşaqdır, lakin bəzi şəkillər sadəcə dondurur. Allah xatirinə,axı uşaq bu cür olmamalıdır. Onu axı hələ çox az yaşı var",- deyə şərhlərin birində deyilir.



Dünyama xoş gəldin

Kristina özü yazılan şərhlərə münasibət bildirmir. Görünür, bu şəkil özü onun şərhlərə cavabını əks etdirir.



Kristinanın top-model olub-olmamasını isə yaxın on- on beş il göstərəcək.

Aydan Axundova
AzNews.az