Türkiyədə oğlunu öldürən atanın istintaqa ifadəsi hamını şoka salıb. Türkiyədə oğlunu öldürən atanın istintaqa ifadəsi hamını şoka salıb.

Oğlunu öldürən ata hamını şoka saldı: “Üzümü yana çevirib...“ FOTOLAR

Türkiyədə oğlunu öldürən atanın istintaqa ifadəsi hamını şoka salıb.



ANS PRESS-in məlumatına görə, Sarıçam Mahalında baş verən qətl hadisəsi zamanı ata Mustafa Küçük oğlu Gökhanın ona bıçaqla hücum edib, öldürmək istədiyini bildirib.

Ailə münaqişəsi səbəbindən yaşanan hadisəni nəql edən Mustafa Küçük deyib ki, əsəbiləşən oğlunu sakitləşdirməyə çalışsa da buna nail ola bilməyib:

"Məni görüncə sinəsini əliylə açaraq "Vur" deyə qışqırırdı. Əlindəki bıçaqla üzərimə gəlincə balkona qaçdım. Üzərimə gəlməyə davam etdi. Qorxutmaq üçün ayaqlarına doğru tüfəngdən atəş açdım. O, yıxılmadı və üzərimə bıçaqla gəlməyə davam etdi. "Ardını gətir. Yoxsa mən səni öldürəcəyəm" dedi. Bundan sonra üzümü yana çevirib baxmadan atəş açdım".

Prokuror məhkəmədən Mustafa Küçükə ömürlük həbs cəzası istəyib.
image description image description