Cəlilabad Xalq Teatrı öz tamaşaçılarına hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş "Məndən ötrü darıxmayın" tamaşasını təqdim edib. Cəlilabad Xalq Teatrı öz tamaşaçılarına hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş "Məndən ötrü darıxmayın" tamaşasını təqdim edib.

3 qəhrəmanın həyatı səhnələşdirildi – VİDEO

Cəlilabad Xalq Teatrı öz tamaşaçılarına hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş "Məndən ötrü darıxmayın" tamaşasını təqdim edib.



AzNews.az xəbər verir ki, Asif Həsənlinin "Şəhidliyin uca zirvəsi" sənədli romanının motivləri əsasında hazırlanmış tamaşa Azərbaycanın qəhrəman övladları Mübariz İbarahimov, Fərid Əhmədov və Əhməd Abdullayevə həsr olunub.



Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan tamaşanın əsas süjet xəttini Mübarizin düşmənlə təkbətək vuruşaraq onların xeyli sayda canlı qüvvəsini məhv edib şəhid olması və daha sonra Fəridlə Əhmədin Mübarizin düşmən tərəfində qalan nəşinin xilas edilməsi zamanı baş verən gərgin döyüşlər təşkil edir.

Tamaşanın rejissoru Buludxan Buludov deyib ki, indiyə kimi müxtəlif rayonlarda və hərbi hissələrdə nümayiş olunan tamaşa geniş izləyici auditoriyası tərəfindən sevilib.
Elə bunu nəzərə alan teatr heyəti tamaşanı yaxın vaxtlarda keçiriləcək xalq teatrları festivalında da nümayiş etdirmək qərarına gəlib.