Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov dekabrın 22-də Gəncədə keçiriləcək konsertdəki çıxışına münasibət açıqlayıb. Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov dekabrın 22-də Gəncədə keçiriləcək konsertdəki çıxışına münasibət açıqlayıb.

“Fərqanə xanımla gözəl çıxışımız olacaq” – Alim Qasımov

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov dekabrın 22-də Gəncədə keçiriləcək konsertdəki çıxışına münasibət açıqlayıb.


Xanəndə AzNews.az-a deyib ki, sözü gedən konsertdə qızı Fərqanə ilə birlikdə çıxış edəcək: "Bizə o konsert üçün dəvət gəlib. Fərqanə xanımla gözəl bir çıxışımız olacaq. Bilirəm ki, həmin konsertdə Azərbaycanla yanaşı Türkiyədən də qonaqlar olacaq. Amma kimlər olacaq bunu bilmirəm".

Qeyd edək ki, Gəncədə 22-də böyük konsert keçiriləcək. Həmin konsertdə səhnəyə Türkiyənin sevilən sənətçisi Fərhad Köçərlə yanaşı xalq artisti Alim Qasımov, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva və "Natiq" ritm qrupu çıxacağı deyilir.

Bahar RÜSTƏMLİ