“Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir”. “Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir”.

“Siyasi yarışda adətən əxlaqlılar uduzur” - Qubad İbadoğlu

“Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir”.


AzNews.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində "Demokratiya və Rifah" hərəkatının sədri Qubad İbadoğlu yazıb.

O bildirib ki, əxlaqlılarla əxlaqsızlar yarışa girəndə adətən əxlaqlılar uduzur: "Xalq arasında artıq bütləşib ki, əxlaqlı adamın siyasətdə nə işi var. Çox təəssüf ki, vəziyyət bu hala gəlib və əxlaqlı siyasi mübarizə hələ də önə çıxa bilmir".

Q.İbadoğlu deyib ki, mübarizənin bir hissəsini də siyasətin əxlaqlaşmasına həsr etməyə məcburdurlar: "Çünki siyasəti bu bəladan qurtarmayınca qalibiyyət olmayacaq. Görünən odur ki, yaxın gələcəkdə biz xalqa sadiq, dürüst, yalan danışmayan, ədalətli, əxlaqlı, vədinə xilaf çıxmayan yeni və intellektli siyasətçilər yetişdirməli, o zamana qədər də bu meyarlara cavab verən kiçik bir qrupla işləməli olacağıq".