Azərbaycan elminin başında gələnlər bu gün toplaşmışdılar. Alimlərimiz sinələrində gəzdirdikləri həm arzularını, həm də narazılıqlarını dilə gətirmək üçün meydan qazanmışdılar. Akademik Akif Əlizadənin lazım olan mütəxəssisi biz orta məktəbdə itirik deməsi isə elm üçün bir siqnal olmalıdır. Azərbaycan elminin başında gələnlər bu gün toplaşmışdılar. Alimlərimiz sinələrində gəzdirdikləri həm arzularını, həm də narazılıqlarını dilə gətirmək üçün meydan qazanmışdılar. Akademik Akif Əlizadənin lazım olan mütəxəssisi biz orta məktəbdə itirik deməsi isə elm üçün bir siqnal olmalıdır.

Evsiz gənc alimlərə müjdə- VİDEO

Azərbaycan elminin başında gələnlər bu gün toplaşmışdılar. Alimlərimiz sinələrində gəzdirdikləri həm arzularını, həm də narazılıqlarını dilə gətirmək üçün meydan qazanmışdılar. Akademik Akif Əlizadənin lazım olan mütəxəssisi biz orta məktəbdə itirik deməsi isə elm üçün bir siqnal olmalıdır.



Azərbaycan alimləri ilk dəfə olaraq hesabat verdilər və elmimizin hazırki durumu, problemlərini müzakirə etdilər. Alimlərdən gözləntilər də var. Elə dövlət başçısının qurultay iştirakçılarına müraciətində də deyilir ki, Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var. Elm müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələridir. Prezident İlham Əliyevin alimlərə etdiyi müraciəti PA humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çatdırdı:

"Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaq".

Akademiyanın prezidenti Akif Əlizadə isə məruzəsində elmin bu gün ən böyük problemi - sürətlə qocalmasından və yüksək ixtisaslı gənc kadrların qıtlığından söz açdı. Lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk - söyləyən akademik, bunun səbəbinin gənclərin peşə seçimi edərkən, gələcəyini elmlə bağlamamasında görür. Akademiyanın prezidenti kadr hazırlığı məsələsinə də diqqət çəkdi:

"Müxtəlif xarici ölkələrdən qatılan azərbaycanlı alimləri, nüfuzlu araşdırmalar mərkəzlərində çalışmaları ümid verir ki, Azərbaycanın elmi diasporu bizim çiynimizə düşən yükün bir hissəsini öz üzərinə götürəcək və gənc kadrların hazırlanmasına inamla qatılacaq".

Alimlərin özəl sektora meyl edərək yüksək əmək haqqı dalınca qaçması müzakirə edilən məsələlər sırasında idi. Bu tip məsələləri aradan qaldırmaq, alimlərin sosial müdafiəsinin təşkili üçün stimullaşdırıcı proqramlar həyata keçirilməkdədir. Bu mənada Akif Əlizadə gənc alimlərə müjdə də verdi. Alimlərin məvacibinin artırılması üçün əlavə imkanlar yaradılacağı, mənzil problemlərinin həlli üçün isə "Alimlər şəhərciyi"nin salınması xəbərini diqqətə çatdırdı.

Təhsil naziri Mikayıl Cabbarov isə alimlərin elmi dərəcəsinə görə statistika açıqlayaraq, ümumi məzərəni ortaya qoydu. Məlum oldu ki, elmlər və fəlsəfə doktorlarının böyük faizini 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Dövlət neft şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə hasilatla bağlı dənizdən quruya çıxmağın vaxtı çatdığını lakin, müasir texnika və texnologiyalar olmadığı üçün bunun mümkünsüzlüyünü vurğulayaraq, yeni ixtiralar üçün alimlərə müraciət etdi.

Alimlərimizin nə az, nə çox 500-ü xaricdə çalışır. Onlardan biri dünya elminə tövfələr verən azərbaycanlı alim Lütfi Zadə video müraciətlə qurultaya qoşuldu. Gələcəklə bağlı optimist düşünən Lütfi Zadə söylədi ki, Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır.

Azərbaycanlı alimlər də prezidentin təşəbbüs və Azərbaycan bölgənin elm mərkəzinə çerrilməlidir - çağırışlarını əsas hədəf götürüblər və "Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası"nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər, səylərini gücləndirəcəklərinə əmin edirlər. Qurultay iştirakçılarının Prezident İlham Əliyevə müraciətində belə deyilir.