İsmayıllıda yanan evdən 5 yaşlı qızın yanmış meyiti tapılıb. İsmayıllıda yanan evdən 5 yaşlı qızın yanmış meyiti tapılıb.

İsmayıllıda 5 yaşlı qızın yanmış meyiti tapıldı

İsmayıllıda yanan evdən 5 yaşlı qızın yanmış meyiti tapılıb.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.