Azərbaycanda sürüşməyə gətirib çıxaran səbəblərdən biri antropogen amillərdir. Azərbaycanda sürüşməyə gətirib çıxaran səbəblərdən biri antropogen amillərdir.

Sürüşməylə bağlı - Nazirdən açıqlama

Azərbaycanda sürüşməyə gətirib çıxaran səbəblərdən biri antropogen amillərdir.


AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

H.Bağırov bildirib ki, Azərbaycanda sürüşmə zonaları aktivləşməyib.

Nazir hesab edir ki, sürüşməyə meyilli ərazilərdə qazıntı işləri aparan zaman o ərazilər öyrənilməlidir.

Onun sözlərinə görə, sürüşmə adətən payız aylarında daha aktiv olur: "İlk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur. Bu yeni hal və yeni problem deyil. Əsasən tikinti və qazıntı işləri aparan şəxslər texnogen, antropogen və ərazi xüsusiyyətləri hallarını nəzərə almalıdırlar. Qanunla nəzarət olunmuş tikintilər milli geologiya xidməti orqanlarının əməkdaşları ilə razılaşdırılmış şəkildə aparılmalıdır. Nəticədə geoloqlar razılaşdırmaya rəy verməlidirlər".