Xalq artisti Brilliant Dadaşova həmkarı İlhamə Quliyevanın onun haqda dediyi ağır ifadələrə münasibət bildirib. Xalq artisti Brilliant Dadaşova həmkarı İlhamə Quliyevanın onun haqda dediyi ağır ifadələrə münasibət bildirib.

“İlhamənin nə dediyi mənə maraqlı deyil” - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova həmkarı İlhamə Quliyevanın onun haqda dediyi ağır ifadələrə münasibət bildirib.

Brilliant Dadaşova AZNEWS.AZ-a deyib ki, İlhamə Quliyevanın söylədikləri onun üçün maraqlı deyil.
"Nə deyib? Bu olaya heç bir münasibət bildirmirəm. Nə danışıb qoy danışsın. Onun nə dediyi mənə maraqlı deyil", - deyə Brilliant Dadaşova qəti fikrini bildirib.

Qeyd edək ki, İlhamə Quliyeva "atvxeber.az"a açıqlamasında ad çəkməsə də həmkarlarından birinin ünvanına sərt ifadələr işlədib: "Başqa sənətçinin geyilmiş paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı? Halbuki, həmin ifaçı Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən. Bunu bütün Azərbaycan gördü".
Ancaq o ittihamının məhz xalq artisti Brilliant Dadaşovaya ünvanlandığı da üzə çıxıb. Müğənni bununla bağlı vurğulayıb ki, türk sənətçisi Ajda Pekkandan aldığı hədiyyədən çox məmnundur: "O, paltarı heç vaxt geyinməmişəm, qoruyub saxlayıram".

Bahar