Şirvan sakini özünü asdı

Şirvan şəhərində intihar hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Nizami küçəsi - 17 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Yolçuyev Nizami Fərzi oğlu bu gün saat 18 radələrində üzüm çardağından asılı vəziyyətdə tapılıb. Yaxınları dərhal Şirvan Şəhər Xəstəxanasına çatdırsalar da, onun dünyasını dəyişdiyi məlum olub.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.