İzmirdə hüquq-mühafizə əməkdaşlarına qarşı keçirilən əməliyyatda nəzarətə alınan 24 polisdən 10-u prokurorluq ifadələrindən sonra sərbəst buraxılıb. İzmirdə hüquq-mühafizə əməkdaşlarına qarşı keçirilən əməliyyatda nəzarətə alınan 24 polisdən 10-u prokurorluq ifadələrindən sonra sərbəst buraxılıb.

İzmirdə 10 polis sərbəst buraxıldı

İzmirdə hüquq-mühafizə əməkdaşlarına qarşı keçirilən əməliyyatda nəzarətə alınan 24 polisdən 10-u prokurorluq ifadələrindən sonra sərbəst buraxılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Məlumatda deyilir ki, 14 nəfər isə həbs olunma tələbiylə növbətçi məhkəməyə sövq edilib.

Sərbəst buraxılan polisləri ədliyyə çıxışında ailələri və yaxınları qarşılayıb. Sərbəst buraxılan polislərdən komissar Ramazan Mert döşündən çıxardığı türk bayrağını göstərərək "Yoldaşlar, baxın, sevgimiz qısa və yığcamdır" deyərək bayrağı öpüb.

Prokurorluq sorğusundan sonra sərbəst buraxılanlar bunlardır:
Hüseyin Gürtekin, Remzi Burcu, Ahmet Yıldız, Hamza Doğan, Ahmet Akpınar, İsmail Şahin, Mehmet Kılıç, Ramazan Mert, Erdoğan Altay ve Hasan Say.