İraqın şimalındakı Kərkük şəhərinə İŞİD yenə hücum edib. İraqın şimalındakı Kərkük şəhərinə İŞİD yenə hücum edib.

Otelə hücum edən İŞİD yaraqlıları öldürüldü

İraqın şimalındakı Kərkük şəhərinə İŞİD yenə hücum edib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "Cihan" agentliyi yayıb.

Məlumatda deyilir ki, İŞİD üzvləri şəhər mərkəzindəki "Kasrı Kərkük" otelini ələ keçirib. Oteli mühasirəyə alan Kərkük polisi yaraqlılarla döyüşə başlayıb. Çıxan qarşıdurmada 4 İŞİD hərbçisi öldürülüb.

Qeyd edək ki, hücum zamanı fəaliyyətdə olmayan otel binası boş olub.


Kərkükün polis rəisi Hattap Ömər bu xəbəri təsdiq edib. Şəhər mərkəzində əhalinin müvəqqəti küçəyə çıxmağına qadağa qoyulub.

İŞİD yaraqlıları eyni zamanda Kərkükün 14 kilometr cənubunda, Peşmərgə döyüşçülərinin nəzarətində olan Tel Verd, Mektep Halid, Meryem Beg və Molla Abdullah kəndlərinə də hücum ediblər.