ABŞ-ın məşhur fotomodeli, erməni əsilli Kim Kardaşyan ABŞ prezidenti Barak Obama ilə ötən ilin oktyabrında çəkdirdiyi şəkli özünün Instagram səhifəsində paylaşıb. ABŞ-ın məşhur fotomodeli, erməni əsilli Kim Kardaşyan ABŞ prezidenti Barak Obama ilə ötən ilin oktyabrında çəkdirdiyi şəkli özünün Instagram səhifəsində paylaşıb.

Kim Kardaşyan Obama ilə çəkdirdiyi şəkli paylaşdı – FOTOLAR

ABŞ-ın məşhur fotomodeli, erməni əsilli Kim Kardaşyan ABŞ prezidenti Barak Obama ilə ötən ilin oktyabrında çəkdirdiyi şəkli özünün Instagram səhifəsində paylaşıb.


AZNEWS.AZ xəbər verir ki, 34 yaşlı aktrisa bu şəkillə yanaşı bacıları Xloe və Kendall, həmçinin Böyük Britaniyalı model Kara Delevin ilə birgə olan şəkilini də sosial şəbəkədə yayıb.



Obama ilə olan şəkildə Kimin həyat yoldaşı Sem Smit də yer alıb.


Oktyabr ayında çəkilən bu şəkilin indi yayılma səbəbi isə açıqlanmır.

Qeyd edək ki, ABŞ-ın bir çox məşhur realiti şoularında çəkilən Kim Kardaşyanın 65 yaşlı atalığı Bryus Cenner qadın olmaq fikrinə düşüb. Artıq o, bu prosesə start verdiyini də açıqlayıb.

"People" nəşri bu fakt haqda belə yazıb: "Bryus qadına çevrilir. O, çox xoşbəxdir, ailəsi də ona bu yolda dəstək verir".