ABŞ-ın Dövlət katibi Con Kerri rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb. ABŞ-ın Dövlət katibi Con Kerri rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Putinin ən güclü rəqibi öldürüldü, ABŞ kəskin reaksiya verdi: "Şoka düşmüşük..." - VİDEO

ABŞ-ın Dövlət katibi Con Kerri rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

"Mən Nemtsovun öldürülməsi xəbərindən şoka düşmüşəm və Moskvanın mərkəzində Rusiya Baş nazirinin sabiq müavininin ölümünə görə çox pis olmuşam. ABŞ rəhbərliyi Rusiyadan Nemtsovun qatillərinin tez bir zamanda tutulmasını tələb edir. Biz Rusiya xalqı ilə birgəyik, mərhumun ailəsinə başsağlığı veririk",- deyə Con Kerri bildirib.

Con Kerri açıqlamasını bu sözlərlə bitirib: "Öz həyatını Rusiyanın demokratikləşməsinə həsr edən siyasətçi həm də Rusiya ilə ABŞ arasındakı münasibətləri tənzimləmək istəyirdi".

Qeyd edək ki, prezident Vladimir Putinə ən güclü rəqib hesab edilən Boris Nemtsov ötən gecə Moskvanın mərkəzində Vasilyevsk enişində qətlə yetirilib.

55 yaşlı siyasətçiyə 4 güllə vurulub. O, hadisə yerində keçinib. Hadisə zamanı onun yanında ukraynalı bir qız da olub.

Son anda verilən məlumata görə, Boris Nemtsovun yanında olan xanımın kimliyi bəlli olub. O, 23 yaşlı ukraynalı model Anna Duriskayadır.