Rusiyanın təyyarə istehsalçısı “Sukhoi” şirkəti Türkiyədə sərmayə qoymağı planlaşdırır. Rusiyanın təyyarə istehsalçısı “Sukhoi” şirkəti Türkiyədə sərmayə qoymağı planlaşdırır.

Rusiyadan Türkiyəyə təklif

Rusiyanın təyyarə istehsalçısı “Sukhoi” şirkəti Türkiyədə sərmayə qoymağı planlaşdırır.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "Prima" biznes xəbərləri agentliyi yayıb.

"Sukhoi" şirkətinin direktor müavini Yevgeni Andraçnikov bildirib ki, şirkət Çin bazarına girmək istəyir: "Məqsədimiz həm də Türkiyə və Hindistan bazarlarına daxil olmaqdır".

Nikaraqua hökuməti ilə görüşdüklərini bildirən Andraçnikov əlavə edib ki, Rusiya iqtisadiyyatının çətin duruma düşməsi yerli hava yollarında problem yaradıb: "Təyyarələrimizi icarəyə vermək üçün Rusiyanın idman klubları ilə də görüşəcəyik".

"Sukhoi" şirkəti təkcə bu il 44 ədəd "SSJ-100" modelindən olan təyyarə satmağı planlaşdırır.