Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gürcüstan Respublikasına qastrol səfərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gürcüstan Respublikasına qastrol səfərinə gedir.

Azərbaycanlı aktyorlar Tiflisə gedir - SƏBƏB

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gürcüstan Respublikasına qastrol səfərinə gedir.


Bu barədə AzNews.az-a teatrın direktoru İftixar Piriyev məlumat verib. Teatrın bu səfərdə məqsədi "Qafqazda sülh tərəfdarıyıq" adlı növbəti layihəsini təqdim etməkdir:
"Aprelin 26-27-28-də Gürcüstanın Tiflis şəhərində həyata keçirəcəyimiz layihə Mədəniyyət və Turizm Nazirliyinin və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin dəstəyi ilə reallaşacaq".

Qeyd edək ki, teatr bu səfərdə Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının kollektivi ilə birgə hazırladığı N.Dumbadzenin "Didro" əsəri ilə çıxış edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az