Gənc yazıçı İlqar Kamilin “Ayrılıq” romanı işıq üzü görüb. Gənc yazıçı İlqar Kamilin “Ayrılıq” romanı işıq üzü görüb.

“Ayrılıq mütləqdir” – Yeni roman

Gənc yazıçı İlqar Kamilin “Ayrılıq” romanı işıq üzü görüb.


AzNews.az xəbər verir ki, roman iki gəncin bir-birinə olan təmiz sevgisindən və onların qarşılıqlı münasibətindən bəhs edir. Bununla yanaşı, əsərdə hadisələr fonunda cəmiyyətimizdə aktual olan bir sıra məsələlər və problemlər də işıqlandırılıb ki, bu da əsəri günümüzlə səsləşməsi baxımından daha da maraqlı edir.

Əsərdə mövzunun əsasında duran ayrılıq məsələsinə yalnız bu günə qədər çox istifadə olunmuş maddi həyat anlamında yox, daha çox metafizik müstəvidə yanaşılıb.

Kitab "Parlaq İmzalar" Nəşriyyatında işıq üzü görüb. Artıq Bakı və Sumqayıtın kitab mağazalarında satışdadır. "Ayrılıq" romanını həmçinin online şəkildə də aşağıdakı keçiddən sifariş etmək mümkündür. Kitab Azərbaycanın hər yerinə pulsuz çatdırılır:

http://goo.gl/forms/gWZ7pMmw9y