Ötən gün Bakıda daha bir sərnişin avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədib. Ötən gün Bakıda daha bir sərnişin avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədib.

Bakıda avtobus betonqarışdıran maşına çırpıldı - VİDEO

Ötən gün Bakıda daha bir sərnişin avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədib.


AzNews.az xəbər verir ki, bu barədə anspress-ə hadisə şahidləri məlumat verilib.

Məlumata görə, qəza saat 17 radələrində "Koroğlu" metro stansiyasından "Qara Qarayev" stansiyasına gedən istiqamətdə, körpünün üstündə baş verib.

Körpünün üstündə betonqarışdıran maşın hərəkətdə olarkən arxada sərnişin avtobusu sürətlə gələrək həmin maşına çırpılıb. Qəza nəticəsində avtobusun qabağı dağılıb.

Hadisə zamanı xəsarət alanlar barədə isə məlumat verilməyib.