“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasını davam etdirir. “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasını davam etdirir.

İnternet mediadan istifadə zamanı milli-mənəvi dəyərləri necə qorumalı?- FOTO

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihənin icrasını davam etdirir.



Layihə çərçivəsində növbəti tədbir Xaçmaz şəhərində baş tutub.

Regionda fəaliyyət göstərən jurnalistlərin, bloggerlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Yaqut Məsimova vətəndaş cəmiyyəti institutlarının cəmiyyətin həyatındakı rolundan danışıb. Təmsil etdiyi qurumun QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən şöbə müdiri analoji tədbirləri bundan sonra da dəstəkləməyə hazır olduqlarını bildirib.

"Jurnalist Araıdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihə barədə məlumat verib. O bildirib ki, layəhənin məqsədi onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir. S.Verdizadə qeyd edib ki, son dövrlər internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses çoxsaylı neqativ cəhətlərlə də yadda qalır: "Belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti isə məsələyə xüsusi diqqət göstərməlidir".

"Ruh" AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov internet media sahəsindəki özünütənzimləmə mexanizmindən danışıb. Qeyd edib ki, internet media məkanındakı neqativ təmayüllərə qarşı qınağın artırılması üçün ümumilikdə jurnalist ictimaiyyətinin səfərbərliyinə ehtiyac var. Onun sözlərinə görə, JAM-ın layihəsi, eləcə də layihə çərçivəsində gerçəkləşdirilmiş tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşımaqdadır.

Çıxış edənlərdən "Azərmətbuatyayımı"nın Xaçmaz rayon şöbəsinin rəhbəri Abbasyar Heydərov "Xaçmaz" qəzetinin əməkdaşı Lamiyə Mustafayeva, blogger Elçin Məmmədov və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
image description image description