Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin dostu, Ukrayna silahlı qüvvələrinin tərkibində Donbass yaraqlılarına qarşı döyüşən hərbçi Kote Laşxia dənizdə boğularaq dünyasını dəyişib. Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin dostu, Ukrayna silahlı qüvvələrinin tərkibində Donbass yaraqlılarına qarşı döyüşən hərbçi Kote Laşxia dənizdə boğularaq dünyasını dəyişib.

Saakaşvilinin hərbçi dostu dənizdə boğuldu

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin dostu, Ukrayna silahlı qüvvələrinin tərkibində Donbass yaraqlılarına qarşı döyüşən hərbçi Kote Laşxia dənizdə boğularaq dünyasını dəyişib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Saakaşvili özünün Facebook səhifəsində yazıb:
"Kote mənim ən yaxşı dostlarımdan biri idi. Onun hamilə həyat yoldaşı və bir uşağı qaldı".

Gürcüstanın sabiq prezidenti son günlər döyüşlərdə 3 gürcünün öldüyünü də xatırladıb: "Hazırda Ukraynanın bütövlüyü uğrunda yüzlərlə gürcü yaraqlılara qarşı vuruşur".