Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışları bir azdan davam etdiriləcək. Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışları bir azdan davam etdiriləcək.

"Kömək edin, qardaşımı sulardan alaq" - Tacir

Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışları bir azdan davam etdiriləcək.


Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər əməliyyatı dayandırıb: "Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır".

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: "Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq".

Qeyd edək ki, müğənninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq onu tapmaq hələlik mümkün olmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az