İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb. İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb.

Şahdağ Milli Parkındakı yanğın söndürüldü - Yenilənib

İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, Şahdağ Milli Parkı ərazisində başlayan yanğın getdikcə geniş ərazini əhatə edib.

Rayonun Tircan kənində yüksək dağlıq ərazidə quru ot, kol-kos və meşə zolağında ağaclar yanıb. FHN-in İsmayıllı, Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi, eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri də cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.

***
12:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkı ərazisində başlayan yanğının səbəblərini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumatda deyilir ki, ilkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib.

Hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.

Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.

Bundan əlavə yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.



***
11:15

Şahdağ Milli parkına məxsus ərazidə yanğın başlayıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub. Hazırda əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.