Ustad sənətkar, kamançanı bir başqa dildə dilləndirən xalq artisti Habil Əliyevin səhhəti çox şükür ki, yaxşılaşır. Yəni hər ötən gün ustadın səhhətində irəliləyiş hiss olunur. Ustad sənətkar, kamançanı bir başqa dildə dilləndirən xalq artisti Habil Əliyevin səhhəti çox şükür ki, yaxşılaşır. Yəni hər ötən gün ustadın səhhətində irəliləyiş hiss olunur.

Habil Əliyevin vəziyyəti yaxşılaşır - VİDEO

Ustad sənətkar, kamançanı bir başqa dildə dilləndirən xalq artisti Habil Əliyevin səhhəti çox şükür ki, yaxşılaşır. Yəni hər ötən gün ustadın səhhətində irəliləyiş hiss olunur.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, Habil Əliyevin səhhətində yaxşılaşma müşahidə edilir. Ötən günlərə nisbətən sənətkar indi özünü daha yaxşı hiss edir və ailə üzlərilə də rahatlıqla ünsiyyət qura bilir.

Sənətkarın oğlu Rəvan deyir ki, artıq ikinci dəfədir ki, kaman ustası eyni diaqnozla xəstəxanaya yerləşdirilir. Lakin 15 avqust tarixində təcili olaraq xəstəxanaya gətirilən Habil Əliyevin vəziyyəti bu dəfə daha pis olub.

"Bizi qorxutdu, çox sarsıtdı. Demək olar ki, atamızı itirmişdik. Allaha çox şükürlər olsun ki, atamızı bizə bağışladı. İnanılmazdır sanki bir möcüzədir. Artıq şuru da özünə qayıdıb, adamları da tanıyır, eyni zamanda anamla da söhbət edib. Bu gün az da olsa, çörək də yeyib, su da içib" – deyə Habil Əliyevin oğlu Rəvan Habiloğlu bildirib.

Rəvan Habiloğlunun sözlərinə görə, artıq həkimlər sənətkarın vəziyyətinin yaxşılığa doğru dəyişdiyini bildiriblər. Belə davam edəcəyi təqdirdə, hətta kaman ustası 5 gün sonra müalicəsini ev şəraitində davam etdirə bilər. Lakin evdə də sənətkar mütləq həkim nəzarətində olmalıdır.

"Dövlət başçısına, eyni zamanda onun xanımına təşəkkürümü bildirirəm. Atamın ayağa qalxmasında onların rolu çox böyük oldu. Bir daha ailəmiz, qohumlarımız, eləcə də atamın dostları və yoldaşları adından dövlət başçısına və xanımına dərin təşəkkürümüzü bildiririk", - deyə Rəvan Habiloğlu qeyd edib.

Kamança ustası 6 gündür ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Sənətkar xəstəxanaya ürək və tənəffüz çatışmazlığı diaqnozu yerləşdirilib.