“Mən amerikalı həmsədr Ceyms Uorlikin bugünlərdə dediyi ”çox vacibdir ki, tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə üzərlərinə öhdəlik götürsünlər" ifadəsini təsadüfi hesab etmirəm. Görünür, Uorlik bölgəyə səfərləri, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda apardığı danışıqları və müşahidələri zamanı bu qənaətə gəlib ki, müharibə ehtimalı artıb. Ona görə də deyir ki, elə tədbirlər görülməlidir ki, gərginliyin qarşısı alınsın". “Mən amerikalı həmsədr Ceyms Uorlikin bugünlərdə dediyi ”çox vacibdir ki, tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə üzərlərinə öhdəlik götürsünlər" ifadəsini təsadüfi hesab etmirəm. Görünür, Uorlik bölgəyə səfərləri, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda apardığı danışıqları və müşahidələri zamanı bu qənaətə gəlib ki, müharibə ehtimalı artıb. Ona görə də deyir ki, elə tədbirlər görülməlidir ki, gərginliyin qarşısı alınsın".

Amerikanın sülh çağırışının arxasında nələr dayanır? - Şərh

“Mən amerikalı həmsədr Ceyms Uorlikin bugünlərdə dediyi ”çox vacibdir ki, tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə üzərlərinə öhdəlik götürsünlər" ifadəsini təsadüfi hesab etmirəm. Görünür, Uorlik bölgəyə səfərləri, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda apardığı danışıqları və müşahidələri zamanı bu qənaətə gəlib ki, müharibə ehtimalı artıb. Ona görə də deyir ki, elə tədbirlər görülməlidir ki, gərginliyin qarşısı alınsın".


AzNews.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ATƏT-in Minsk Qrupunun həmsədri Uorlikin son Qarabağ açıqlamasını "Yeni Müsavat"a şərh edərkən bildirdi. Qeyd edək ki, amerikalı diplomat cəbhə xəttində müşahidə olunan növbəti gərginliyi şərh edərkən "çox vacibdir ki, tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə üzərlərinə öhdəlik götürsünlər"- deyib.

Uorlik əlavə edib ki, həmsədrlər münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün ən yüksək səviyyələrdə tərəflərlə işini davam etdirəcək. "Sülh razılaşmasına gətirib çıxaran danışıqların aparılması və cəbhə xəttində, eləcə də Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını ala biləcək tədbirlərin görülməsi gərginliyin azalmasında yardımçı ola bilər. Biz tərəflərə belə bir təklifi ciddi şəkildə nəzərdə saxlamağı tövsiyə edirik" - deyə C.Uorlik qeyd edib.

Diplomatın Azərbaycan-Ermənistan prezidentlərinin sentyabr görüşü ərəfəsində növbəti dəfə müəmmalı açıqlamalarla çıxış etməsinə diqqət çəkən azərbaycanlı ekspert hesab edir ki, bu fikirlərdən Uorlikin və onun timsalında Vaşinqtonun narahatlığı aydındır:

"Avrasiya bölgəsində vəziyyət gərgindir. Suriya və İraqda müharibələr, İŞİD terroru, Əfqanıstanda Taliban, Türkiyə ilə PKK arasında başlanan müharibə, bu yandan da Cənubi Qafqazda yeni müharibə ocağı ABŞ-ın enerjisini daha çox tükəndirəcək. Onsuz da ABŞ Ukrayna mövzusuna görə Rusiya ilə münasibətlərdə diplomatik gərginlik yaşayır. Qarabağ uğrunda müharibə iki ölkə arasındakı gərginliyi bir az daha artıracaq. Çünki Rusiya Ermənistanı və Dağlıq Qarabağdakı erməni separatçıları dəstəkləyəcək, bu isə Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək və Vaşinqton seçim etmək məcburiyyətində qalacaq. Bütün bunlar yaşanmasın deyə, Vaşinqton Azərbaycanla Ermənistan arasında mümkün müharibənin qarşısını almağa çalışır. Vaşinqton onu da müşahidə edir ki, Azərbaycan silahlanır, hərbi qüdrəti artır və Bakının strategiyası dəyişib, Dağlıq Qarabağ ətrafında işğal olunan rayonlardakı işğalçı postlar vurulur".



E.Şahinoğlu hesab edir ki, vəziyyətin bu gedişatı müharibəyə aparır. Onun sözlərinə görə, müharibənin önlənməsinin bir yolu var ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. İrəvan isə buna getmir, bu haqda düşünsə belə, Kremldən icazəsini ala bilməyəcək:

"ABŞ-ın Dağlıq Qarabağla bağlı hazırkı mövqeyi Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Azərbaycanın istəyi odur ki, Vaşinqton Ermənistana təsir etsin ki, İrəvan Moskvanın təzyiqindən qurtularaq Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa başlasın. Bunun əvəzinə Vaşinqton Uorlikin dili ilə Azərbaycan və Ermənistana "tərəflərin məsələni sülh yolu ilə həll edəcəklərinə dair" üzərlərinə öhdəlik qoymaq istəyir. Belə bir öhdəlik Ermənistanın maraqlarına tam uyğundur. Çünki işğal etdiyini işğal edib, status-kvonun davamında maraqlıdır. Uorlikin təklifi isə məhz status-kvonun davamı deməkdir. Belə bir öhdəlik imzalansa, bu, o demək olacaq ki, Ermənistan danışıqları nə qədər uzatsa da, müharibənin başlanmayacağına dair təminatı olacaq".

Politoloq deyir ki, İrəvana elə bu lazımdır: "Belə olan halda İrəvan münaqişənin ədalətli həllində niyə maraqlı olmalıdır ki? Əksinə, işğalçı daima təzyiq altında olmalıdır ki, münaqişəni sülh yoluyla həllinə "yaşıl işıq" yandırmayacağı halda qarşısında Azərbaycan ordusunu və böyük itki verəcəyini anlasın. Uorlik isə bizə təklif edir ki, danışıqları sonsuzadək davam etdirin və işğalçıya zərbə endirməyin, qoy işğalçı özünü Ağdam, Füzuli və digər rayonlarda rahat hiss etsin. Biz bu təklifi qəbul edə bilmərik. Amerika özünə rəva görmədiyini bizə rəva görür".

Siyasi təhlilçi xatırlatdı ki, əslində Ceyms Uorlik keçən il daha konstruktiv təkliflə çıxış etmişdi: "O qeyd etmişdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Yəni amerikalı diplomata da aydın idi ki, bu addım atılmadan sülh sazişi imzalana bilməz. Bu, Uorlikin İrəvana ciddi mesajı idi. Bunun ardınca Vaşinqton İrəvana təzyiqini artırmalı idi. Yəni sözü demisənsə, əməldə də bunu göstərməlisən. Ancaq İrəvan Uorlikin "torpaqları boşaldın" təklifinə reaksiya vermədi və Uorlik susdu. Halbuki başlatdığı siyasi xətti davam etdirməliydi. Bunun əvəzinə isə indi deyir ki, tərəflər müharibəyə başlamayacaqları barədə təminat verməlidirlər. Azərbaycan işğalçıya belə bir təminatı verə bilməz. Bununla da Uorlik bu məsələyə nöqtə qoymalıdır. Vaxtilə bizdən snayperləri də geri çəkməyi tələb edirdilər. Bu təklifi də qəbul etmədik. İşğalçı itki verməlidir ki, işğalın ona baha başa gəldiyini anlasın".

Xatırladaq ki, son günlər qoşunların təmas xəttində gərginliyin növbəti dəfə artması nəticində Ermənistan ordusu çoxsaylı itkilər verib. Azərbaycanın isə işğalçı ordunun təxribatlarını durdurmaq üçün artilleriya zərbələrindən və iriçaplı minaatanlardardan istifadə etməsi status-kvonun qalmasında maraqlı olan ABŞ-ı narahat etməyə bilməzdi. Bu mənada həmsədrin tərəflərə sülhlə bağlı öhdəlik götürmək çağırışını etməsi təəccüblü deyil. Normalda isə ABŞ işğalçı Ermənistanı 20 ildən çox əlində saxladığı, narkotrafik və terrorçu yuvasında çevirdiyi Azərbaycan torpaqlarını tərk etməyə çağırmalı idi.