- Köhnə - Region
- 29 Avqust 2015 18:31
- 3 513
Türkiyə təyyarəsi məcburi eniş etdi - Dubayda
Türk Hava Yollarına (THY) məxsus İstanbuldan Abu-Dabiyə uçan təyyarə yoğun qum fırtınasının yaratdığı təhlükəli hava şəriatinə görə, Dubayda məcburi eniş edib.
AzNews.az Trend-ə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, THY-nin təyyarəsinin Abu-Dabi aeroportuna enməsi gözlənilərkən, yoğun qum fırtınasının yaratdığı təhlükəli hava şəriatinə görə, Dubay aeroportuna məcburi yönləndirilib.
Qeyd olunur ki, təyyarənin Dubaya məcburi eniş etməsindən sonra təyyarədə olan 20-i uşaq olmaqla 130 sərnişin otellərə yerləşdirilib.
Sərnişinlərin bu gün Abu-Dabiyə, təyyarənin isə Türkiyəyə göndəriləcəyi bildirilir.