Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur. Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.

Bakıda marşrut xətlərində dəyişikliklər edilir

Bakıda mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.


AzNews.az xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-dən "Baku-Bus" MMC-nin 1 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunur.

1 saylı marşrut avtobusunun hərəkət cədvəli:

"Koroğlu" metro stansiyası – Heydər Əliyev prospekti - "28 May" metro stansiyası istiqamətində olacaq.

Hərəkət cədvəlində dəyişiklik edilən:

11 nömrəli marşrutun əvvəlki xətti:

Sadıqcan küçəsi - "H.Aslanov" metro stansiyasından Q.Qarayev pr. ilə "Koroğlu" metro stansiyasına - Heydər Əliyev prospekti – Xətai pr. – Süleymanov küç. – Azadlıq pr. – S.Rəhimov küç. (son)

Yeni xətlə :

"H.Aslanov" metro stansiyasından Q.Qarayev pr. ilə "Koroğlu" metro stansiyası – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – Ak.H.Əliyev küç. – "Gənclik" metro stansyası – Ağaoğlu küç. – Xətai pr. (son) olmaqla əvəz olunub.

38 nömrəli marşrutun əvvəlki xətti:

Keşlə qəs. – H.Əliyev pr. – "Koroğlu" metro stansiyası – Heydər Əliyev prospekti – A.Nemətulla küç. - "N.Nərimanov" metro stansiyası – F.Xoyski küç. – S.Vurğun küç.

Yeni xətlə: - Keşlə qəs. – H.Əliyev pr. – "Şəfa" stadionu – M.Nərimanov küç. (tunel) – "Ulduz" metro stansiyası – Heydər Əliyev prospekti – A. Nemətulla küç. və sonra mövcud xətti ilə əvəz olunub.

136 nömrəli marşrutun əvvəlki xətti:

S.Vurğun bağı – Neftçilər pr. – Yusif Səfərov küç. – Heydər Əliyev pr. – "Koroğlu" metro stansiyası – Heydər Əliyev pr. – Mərdəkan qəsəbəsi – Şüvəlan Şimal DRESS.

Yeni xətlə: "Qara Qarayev" metro stansiyası – "Koroğlu" metro stansiyası – Heydər Əliyev prospekti – Mərdəkan qəs. – Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz olunub.

184 nömrəli marşrutun əvvəlki xətti:

Suraxanı qəs. – Heydər Əliyev pr. – "Koroğlu metro stansiyası – Heydər Əliyev pr. – Həsənoğlu küç. – "N.Nərimanov" metro stansiyası.

Yeni xətlə: - Suraxanı qəs. – Heydər Əliyev pr. – "Koroğlu" metro stansiyası da daxil olmaqla əvəz olunub.

100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıyıcısının xidmətinə verilib. Dəyişiklik sentyabrın 1-dən qüvvəyə minir.