“Maneəçilik törətməsələr mən qələbə qazanacağıma tam tam əminəm”. “Maneəçilik törətməsələr mən qələbə qazanacağıma tam tam əminəm”.

Rauf Arifoğlunun rəqibi: “O dairədə mənə etimad daha böyükdür”

“Maneəçilik törətməsələr mən qələbə qazanacağıma tam tam əminəm”.


Bunu AzNews.az-a millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən namizədliyini irəli sürəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. İ.İsmayılov hər bir vətəndaşın seçkiyə qatılmaq hüququnun olduğunu bildirib: "Hər bir vətəndaş haradan, hansı dairədən istəsə, oradan da namizəd ola bilər. Lakin deputat olduğum 106 saylı Tovuz-Ağstafa-Qazax dairəsində əhalinin mənə olan etimadı daha böyükdür".

Xatırladaq ki, R.Arifoğlu namizədliyini vermək istədiyi dairənin adını açıqlayıb. O, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsini seçəcəyini və buna səbəb olaraq doğulduğu kəndin bu dairədə yerləşdiyini açıqlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az