Nisə Qasımova "Yalvarıram" mahnısının ilk ifaçısı olduğu halda, bu iddianı başqa həmkarlarından eşitdiyini bildirib. Nisə Qasımova "Yalvarıram" mahnısının ilk ifaçısı olduğu halda, bu iddianı başqa həmkarlarından eşitdiyini bildirib.

Nisə Qasımovadan muğənnilərə sərt ismarış

Nisə Qasımova "Yalvarıram" mahnısının ilk ifaçısı olduğu halda, bu iddianı başqa həmkarlarından eşitdiyini bildirib.


AzNews.az gecce.az-a istinadən xəbər verir ki, "10lar" verilişində yayımlanan sujetdə ifaçı belə bir açıqlama verib:

"Bu mahnının ilk ifaçısı mən olmuşam. Amma eşidirəm ki, məndən sonra oxuyanlar bunu inkar edir və hətta başqa ifaçıların adlarına çıxırlar. Belə etməsinlər. Mənim susmağımın sonu səs-küyə səbəb olacaq. Müğənnilər nəzərə alsın ki, bu mahnının ilk ifaçısı mən olmuşam. Bu körpünü mən qoymuşam, başqaları da bu körpüdən keçib".

Elza Seyidcahanın Nisə xanımın çıxışına müdaxiləsindən sonra mahnını ifa edənlərdən xalq artisti Brilliant Dadaşovanın adı hallanıb. Elza Seyidcahan bunları qeyd edib:

"Brillant xanımdan sizin haqqınızda həmişə yaxşı söz eşitmişəm. Sizin sənətinizin qarşısında baş əydiyini bildirib".

Nisə xanım isə Brilliant xanımın ifaçılığına iradının olmadığını, sadəcə özünə hörmət etdiyi üçün bu çıxışı etdiyini bildirib.