- Köhnə - Hadisə
- 2 Sentyabr 2015 08:49
- 3 063
7 yaşlı uşaq çayda batdı - Salyanda
Salyan rayonu, Şorsulu kəndində çayda 1 nəfər suda batıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub.
Salyan sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Rzayev Lazim Ayət oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:15-də başa çatıb.