Loqotip dəyişib. Loqotip dəyişib.
  • 2 Sentyabr 2015 10:47
  •  1 343

“Google“ dəyişdi

Loqotip dəyişib.


AzNews.az xəbər verir ki, dünyanın ən böyük virtual axtarış sistemi hesab olunan "Google" öz loqotipinə dəyişikliklər edib.

Təqdim olunmuş yeni loqotipdə şriftlərin forması və rənglər əvvəlkindən fərqlidir. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etsə də,bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb və şirkət mobil proqramlar üçün yeni loqonu təqdim edib.

"Google"dan bildirilib ki, yeni loqotip bir neçə qurğuda iş üçün ərsəyə gətirilib və istifadəçilər "Google"un bütün funksiyalarında bu dəyişiklikdən yararlana biləcəklər.

Qeyd edək ki, 1998-ci ildə yaradılan axtarış sisteminin loqotipində beşinci dəfə dəyişiklik edilir.

Google dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry Page və Sergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var.

Baş ofisi Mauntin Vyuda (Kaliforniya) yerləşir.(olkə.az)