“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edilib “Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edilib

“Mançester Yunayted Futbol Məktəbi”nə seçimin nəticələri - Siyahı (Fotolar)

“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin nəticələri elan edilib


AzNews.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edib.

"Bayıl Arena" stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib.

Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıdakı siyahıda qeyd olunub:

1. Raul Məmmədov - 2004
2. Əli Abbasov - 2004
3. Riad Qəhrəmanov - 2005
4. Murad Rüstəmov - 2005
5. Nəbi Hacıyev - 2005
6. Cozef Hickman - 2005
7. Hacıəli Şirəliyev - 2005
8. Nihat Əhmədzadə - 2006
9. Liam Erik Brown - 2006
10. Əli Əhmədov - 2008
11. İsa Hüseynov - 2007
12. Murad Məmmədov - 2007
13. Nihad Şahhüseynli - 2008

Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarında məşqlərdə iştirak edəcəklər.

Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.

image description image description image description image description image description image description image description