Yeni tədris ilinin başlamasına az qalmış məktəb ləvazimatları satılan bazarlarda əsl canlanma müşahidə edilir. Amma sözün bütün mənalarında. Alıcı bolluğundan istifadə edib qiymət qaldıran kim, ötən illərdən qalma malını yeni adıyla elə yeni qiymətə alıcıya sırıyan kim. Yeni tədris ilinin başlamasına az qalmış məktəb ləvazimatları satılan bazarlarda əsl canlanma müşahidə edilir. Amma sözün bütün mənalarında. Alıcı bolluğundan istifadə edib qiymət qaldıran kim, ötən illərdən qalma malını yeni adıyla elə yeni qiymətə alıcıya sırıyan kim.

Məktəb ləvazimatlarının qiymətində artım - VİDEO

Yeni tədris ilinin başlamasına az qalmış məktəb ləvazimatları satılan bazarlarda əsl canlanma müşahidə edilir. Amma sözün bütün mənalarında. Alıcı bolluğundan istifadə edib qiymət qaldıran kim, ötən illərdən qalma malını yeni adıyla elə yeni qiymətə alıcıya sırıyan kim.


Apardığımız müşahidələr zamanı yaranan ümumi mənzərə isə belədir məktəb ləvazimatlarının qiymətində azda olsa artım var. Məsələn, əgər ötən il birinci sinfə gedən şagird üçün minimum 80, maximum 400 manat xərcləmək lazım gəlirdisə, bu il bu rəqəm 100-500 manat arasında dəyişir. Yuxarı sinif şagirdləri üçün də eyni templi qiymət artımı müşahidə edilir.

Rəqəm dəyişikliyi isə ən çox çanta, dəftər, rəngli karandaşlar, flomaster, həndəsi fiqurlar və bu cür məktəbli üçün vacib olan ləvazimatların qiymətində hiss edilir.

Təbii ki, ən çox pulu da keyfiyyətə üstünlük verən valideynlər xərcləmək məcburiyyətində qalır. Satıcılar isə fərqli fikirdədir.

Satıcı Nəriman Quliyev deyir ki, məktəbli ləvazimatlarını topdan satış qiymətinə satırıq, qiymət artımı yoxdur.

Satıcıların sözlərinə görə, əslində qiymət artmayıb, sadəcə gətirilən məktəb ləvzimatlarının markasında dəyişiklik edilib. Bu da illər arasında qiymət müqaisəsi yaradan əsas səbəbdir.

İqtisadçı-ekspert Vüqar bayramov isə qiymətlərin yüksək olmasına başqa amillərin səbəb olduğunu deyir:

"Qiymətlərin yüksək olmasının əsas səbəbi həmin malların ölkəyə idxal edilməsi, bu sahədə yerli məhsulların az olmasıdır. Yerli istehsal qiymətlərin aşağı düşməsini şərtləndirən başlıca amildir. Bu məhsullar idxal olunduğuna görə, qiymətlər yüksəkdir".

Aparılan monitorinqlərin nəticəsi isə xoşa gələn deyil. Araşdırmalar zamanı məlum olub ki, sahibkarlar satış zamanı bir məhsuldan 40% gəlir əldə edir.

Bu isə qəbul olunmaz faktdır. Beynəlxalq qaydalara görə isə sahibkarın bir məhsuldan əldə etdiyi gəlir 10 faizi aşmamalıdır.