Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində namizədlərinin siyahısını ictimaiyyətə açıqlamamışdan öncə belə bir bəyanat vermişdi: “Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacaq”. Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində namizədlərinin siyahısını ictimaiyyətə açıqlamamışdan öncə belə bir bəyanat vermişdi: “Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacaq”.

YAP-dan daha bir Elza açıqlaması: “Partiyadan çıxarılma məsələsinə ...”

Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində namizədlərinin siyahısını ictimaiyyətə açıqlamamışdan öncə belə bir bəyanat vermişdi: “Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacaq”.


YAP üzvü, bəstəkar-müğənni Elza Seyidcahan isə öz təşəbbüsü ilə 54 saylı- Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürüb və qeydə alınaraq təbliğat-təşviqat kampaniyasına başlayıb.

Belə olduğu halda partiya E.Seyidcahanın bu hərəkəti ilə bağlı hansı cəza tədbiri görəcək?

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov AzNews.az-a açıqlamasında bildirib ki, partiyanın Elza Seyidcahanla bağlı mövqeyi mətbuata bildiriləcək: "Qərar veriləndən sonra açıqlanacaq".

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə bildirib ki, bu məsələyə seçki prosesində baxılacaq: "Söhbət konkret Elza Seyidcahandan getmir. Bu məsələlərə seçki prosesində baxılır".

Bahar RÜSTƏMLİ
AzNews.az